Monteneqronun Aİ-yə daxil olma tarixi açıqlanıb

Monteneqronun Aİ-yə daxil olma tarixi açıqlanıb backend

Monteneqro 2028-ci ildə Avropa İttifaqına (Aİ) daxil ola bilər.

Qaziler.az bildirir ki, RTCG-nin məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Leyen bildirib.

"Siz gələn il danışıqların bütün fəsillərini başa çatdırmaqda qərarlısınız. 2028-ci ilə qədər "Ambition 28"inizi dəstəkləyirik. Biz sizin ambisiyanızı bəyənirik", - AK prezidenti deyib.

Monteneqro 2010-cu ildə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.

Sentyabr ayında Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos Monteneqronun 2028-ci ildə Aİ-yə üzv ola biləcəyini açıqlamışdı.

Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.

QAZİLER.AZ