Lavrov Qəddafinin ölümünü xatırlatdı: "Canlı izləyib, alqışladılar"

Lavrov Qəddafinin ölümünü xatırlatdı: "Canlı izləyib, alqışladılar" backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb jurnalistlərə ABŞ-nin keçmiş prezidenti Bill Klintonun xanımı Hillarinin Liviya inqilabçısı və siyasətçisi Müəmmər Qəddafinin öldürülməsinə verdiyi sevinc reaksiyasını xatırladıb.

Qaziler.az bildirir ki, Lavrovun sözlərini “İzvestiya” sitat gətirib.

“Biz Qəddafinin taleyini xatırlayırıq, o, Hillari Klintonu çox sevindirdi, onun fiziki məhvini televiziyada canlı izləyib, alqışladılar”, - diplomat deyib.

Lavrov vurğulayıb ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hazırda Moskvada yaşayır, çünki o və ailəsi Suriyada analoji fiziki məhvlə hədələnib. Rusiyalı nazir qeyd edib ki, Rusiya Əsəd və onun ailəsinə sırf humanitar səbəblərdən sığınacaq verib.

QAZİLER.AZ