Belarus prezidenti Aleksandr Lukaşenko Nobel mükafatı təklif edilərsə, ondan imtina edəcəyini bildirib.
Qaziler.az xəbər verir ki, onun sözlərini BELTA xəbər agentliyi sitat gətirib.
"Mən hərdən belə fikirləşirəm: kiməsə mənə bu mükafatı təklif etsəydi, mən mütləq ondan imtina edərdim. Çünki, qulaq asın, biz onların ümumən dünyada sülhün bərqərar olmasına nə kimi töhfələr verdiklərini bilirik. Lakin heç nə etməyiblər", - Belarus lideri bildirib.
Lukaşenkonun fikrincə, Nobel komitəsi siyasiləşmiş strukturdur.
Qeyd edək ki, oktyabrın 10-da Nobel komitəsi Venesuelanın müxalifət lideri Maria Korine Maçadonun sülh mükafatını aldığını elan edib.
QAZİLER.AZ