HAMAS hərəkatı oktyabrın 13-də İsrail həbsxanalarından azad olunan fələstinliləri təbrik edib və işğalın tamamilə aradan qaldırılmasına qədər mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
APA xəbər verir ki, bu barədə hərəkatın “X” hesabında yaydığı bəyanatda qeyd olunur.
“Həbsdə olanların mübadiləsi əməliyyatı tarixi nailiyyətdir”, – deyə bəyanatda vurğulanır.