İsrail girovlarının fotolarından Trampın silueti hazılandı - FOTO

İsrail girovlarının fotolarından Trampın silueti hazılandı - FOTO backend

İsrailin “Jerusalem Post” qəzeti X sosial media platformasında yeni üz qabığını təqdim edib.

Qaziler.az xəbər verir ki, nəşr ABŞ prezidenti Donald Trampın silueti şəklində azad edilmiş girovların fotolarından ibarət kollaj hazırlayıb. Bu şəkildə jurnalistlər həmvətənlərinin geri qayıtmasına şərait yaratdığına görə Amerika liderinə təşəkkür ediblər.

“Jerusalem Post” onları vətənə gətirdiyiniz üçün sizə, cənab Donald Trampa təşəkkür edir”, - nəşrin hesabında deyilir.

Qeyd edək ki, oktyabrın 13-də Fələstinin HƏMAS hərəkatı ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində sağ qalan bütün israilli girovları azad edib.

QAZİLER.AZ