Misirdə keçirilən sammit zamanı ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı tərifləyib və onun 2026-cı il parlament seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.
Qaziler.az xəbər verir ki, Trampın sözləri Ağ Evin “YouTube” kanalında yayımlanıb.
"Sən fantastiksən. Mən onu son seçkidə dəstəklədim və o, 28 xalla qalib gəldi. Əgər yeni seçkilər olsa, bu dəfə daha böyük uğurlara imza atacaqsan", - Amerika lideri Orbana müraciət edərək deyib.
QAZİLER.AZ