Aİ Ukraynaya əlavə 100 milyon avro ayıracaq

Aİ Ukraynaya əlavə 100 milyon avro ayıracaq backend

Üzümüzə gələn qışda Avropa İttifaqı Ukraynaya dəstək üçün əlavə 100 milyon avro ayıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Kallas Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında Kiyevə əlavə dəstək planlarını açıqlayıb. O, həmçinin anti-Rusiya sanksiyalarının effektivliyini vurğulayıb.

"Tətbiq edilən sanksiyalar Rusiyanı müharibə aparmaq üçün lazım olan yüz milyardlarla avrodan məhrum edib. Rusiyanın hərbi iqtisadiyyatı zəifləyib, inflyasiya isə 20%-i keçib", - Kaya Kallas deyib.

Kallas əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində əks-hücumları nəzərə çarpır.

QAZİLER.AZ