Tramp: Uitkoff Putinlə görüşdən əvvəl Rusiya haqqında heç nə bilmirdi - VİDEO

Tramp: Uitkoff Putinlə görüşdən əvvəl Rusiya haqqında heç nə bilmirdi - VİDEO backend

ABŞ prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı onun xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündən əvvəl Rusiya haqqında heç nə bilmədiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” xəbər verir.

"Stiv Rusiya haqqında, Putin haqqında heç nə bilmirdi. Onun siyasətdən xəbəri yox idi. O, bununla maraqlanmırdı. O, daşınmaz əmlak sahəsində çox yaxşı idi, amma axtardığım keyfiyyətə sahib idi və mən bunu başqa heç bir şeydə görmədim, ona görə də Putinlə onun görüşünü təşkil etdim", - ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri Uitkoff - Putin görüşünün uzunmüddətli olmasına təəccüblənib.

“15-20 dəqiqəlik görüş olacağını düşünərək, onun üçün prezident Putinlə görüş təyin etdim. Ondan görüşdə nələrin müzakirə olunduğunu soruşdum və o, “çox maraqlı şeylər” deyə cavab verdi”, - Amerika prezidenti deyib.

QAZİLER.AZ