ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə əl-Sisinin əlini uzatmasına diqqət etməyib.
Qaziler.az xəbər verir ki, görüntülər CNBC tərəfindən çəkilib.
Kadrlarda liderlərin salamlaşdığı əks olunub. Daha sonra Misir lideri amerikalı həmkarına əl uzadıb. Bununla belə, Tramp danışmağa davam edib və oturana qədər Sisinin əl jestini hiss etməyib.
Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində ABŞ və Misir liderlərinin sədrliyi ilə Qəzza zolağında müharibəyə son qoymaq üçün Sülh Sammiti keçirilib. Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması üçün səyləri gücləndirmək, regional təhlükəsizlik və sabitlikdə yeni səhifə açmaqdır.
QAZİLER.AZ