Rusiyada doğum evi virus epidemiyasına görə bağlanıb

Rusiyada doğum evi virus epidemiyasına görə bağlanıb backend

Rusiyanın Kalininqrad şəhərindəki doğum evi infeksiyaya görə fəaliyyətini dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Klops” teleqram kanalı regional Rospotrebnadzor-a (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) istinadən məlumat yayıb.

Norovirus epidemiyası səbəbindən şəhərin 4 saylı doğum evində qrup halında yoluxma aşkar edildikdən sonra bağlanıb. Rospotrebnadzor zəruri profilaktik və anti-epidemiya tədbirləri təşkil edib, bu müddət ərzində doğum evinin bağlanacağı gözlənilir.

Xəstəxana rəhbərliyi xəstəxananın yenidən açılması üçün dəqiq bir tarix verə bilməyib.

QAZİLER.AZ