ABŞ prezidenti Donald Trampın təyyarəsi Qahirənin Şarm əl-Şeyx hava limanına endikdən az sonra oktyabrın 13-də günorta saatlarında hərbi bazada partlayış baş verib.
Qaziler.az bildirir ki, “Elbalad.news”un məlumatına görə, insident oktyabrın 13-də gündüz saatlarında hərbi bazada baş verib.
Nəşr yazır ki, partlayıcı qurğuların sökülməsi üzrə texniki işlər zamanı sexlərdən birində partlayış baş verib və nəticədə bir neçə ardıcıl partlayış olub.
Qeyd edək ki, Amerika lideri Misirə Qəzza zolağında müharibəyə son qoymaq üçün Sülh Aammitinə gəlib. Sammitdə 30-dan çox ölkə, beynəlxalq və regional təşkilatlar iştirak edir.
QAZİLER.AZ