Tramp III Dünya müharibəsi ilə bağlı AÇIQLAMA VERİB

Tramp III Dünya müharibəsi ilə bağlı  AÇIQLAMA VERİB backend

“Yaxın Şərqdə eskalasiya qlobal müharibə ilə nəticələnə bilərdi, lakin bu baş verməyəcək”.

Qaziler.az TASS-a istinadla bildirir ki, bu haqda Tramp Misirdə Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş Sülh Sammitində çıxışı zamanı deyib.

“Həmişə deyirlər ki, III Dünya müharibəsi Yaxın Şərqdə başlayacaq. Bu baş verməyəcək”, - Amerika prezidenti qeyd edib.

Tramp Qəzza zolağında yekun atəşkəs sazişini imzalayıb. Sənədi Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da imzalayıblar.

Bundan əvvəl Tramp İsrailə səfər edib. Siyasətçi Təl-Əviv və Qüdsdə HƏMAS tərəfindən vətənə qaytarılan israilli girovların ailələri ilə görüşüb və Knessetdə çıxış edib. İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin həllinə verdiyi töhfəni nəzərə alaraq Trampa qızıl göyərçin heykəlciyi hədiyyə edib.

QAZİLER.AZ