Rusiya və Şimali Atlantika Alyansı 2029-cu ildə açıq münaqişəyə girə bilər.
Qaziler.az xəbər verir ki, bunu Donbas Könüllüləri Birliyinin “Müqəddəs Georgi” Briqadasının komandiri Eduard Şərafiyev “Tsarqrad” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, alman siyasətçilərinin verdiyi proqnozlar bunlardır.
“Avropa qorxur ki, Ukraynadakı qələbəsindən sonra Rusiya Avropaya üz tutacaq. Bu qorxular avropalıları, ehtimal ki, Rusiya ilə gələcək qarşıdurmanın hipotetik çağırışlarına uyğunlaşmaq üçün iqtisadiyyatlarını müharibə üçün yenidən qurmağa məcbur edir. Almaniyada açıq şəkildə bildirirlər ki, belə bir toqquşma guya 2029-cu ildə baş verəcək”, - Şərafiyev vurğulayıb.
Briqada komandirinin sözlərinə görə, Avropa ölkələri Ukrayna böhranından sui-istifadə edərək özlərinə vaxt qazandırmağa çalışırlar: “Vəziyyət maliyyə baxımından da Qərb üçün faydalıdır. Dövlətlər iqtisadi artımı təmin etmək üçün hərbi müqavilələrdən istifadə edirlər”, - deyə hərbçi əlavə edib.
QAZİLER.AZ