Ərdoğandan Meloniyə: "Siqaret çəkməyinizi tərgitdirməliyəm" - VİDEO

Ərdoğandan Meloniyə: "Siqaret çəkməyinizi tərgitdirməliyəm" - VİDEO backend

Misirin Şarm əl-Şeyx şəhərində Qəzza üzrə Sülh Sammiti çərçivəsində görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni arasında maraqlı dialoq baş tutub.

Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Türkiyə lideri görüş zamanı Meloniyə "Yaxşı görünürsünüz, amma siqaret çəkməyinizi tərgitdirməliyəm" deyib.

İtalyan baş nazirin Ərdoğanın sözlərinə gülümsəyərək qarşılıq verməsi maraqlı anlar yaşadıb.