KİV: Ərdoğanın təyyarəsi bir müddət Misirə enməkdən imtina edib - FOTO

KİV: Ərdoğanın təyyarəsi bir müddət Misirə enməkdən imtina edib - FOTO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Yaxın Şərq Sülh Sammitinin keçirildiyi Şarm əl-Şeyx hava limanına ikinci cəhdində eniş edib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Ərdoğanın təyyarəsi ilk cəhddə hava limanının uçuş-enmə zolağından yan keçib və Qırmızı dəniz üzərində bir müddət dövrə vurduqdan sonra yerə enib.

Ərdoğanı sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb. Türkiyə prezidenti sammitdə iştirak edəcək və toplantı çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşlər keçirəcək.

Oxu.az