HƏMAS-ın əsirliyindən azad edilən girovlar Təl-Əvivdəki xəstəxanaya gətirilib - YENİLƏNİB

HƏMAS-ın əsirliyindən azad edilən girovlar Təl-Əvivdəki xəstəxanaya gətirilib - YENİLƏNİB backend

HƏMAS-ın əsirliyindən xilas edilmiş israillilər helikopterlə Təl-Əvivdəki "Şiba" xəstəxanasına aparılıb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 13-də “İzvestiya”nın müxbiri Nikita Kulyuxin deyib.

Onun sözlərinə görə, azad edilən əsirlərə təcrübəli, girovlarla işləməyi bilən həkimlər kömək edib. Geri qayıdan israillilər ac qaldıqlarını və əsirlikdə olduqları müddətdə su, dərman və ya gigiyena vasitələrinə malik olmadıqlarını bildiriblər.

"Bəzi girovlar narkozsuz əməliyyat edildiklərini söylədilər. Bəzən onların qolları və ayaqları səhv bir şəkildə yenidən bağlanırmış. Bunlar indi İsrailin keçmişinin bir parçası olan dəhşətli hekayələrdir", - Kulyuxin əlavə edib.

QAZİLER.AZ