Dövlət başçısı Qasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampı əlamətdar diplomatik qələbə – Qəzza zolağında çoxdan gözlənilən sülhün əldə olunması münasibətilə təbrik edib.
Qaziler.az bildirir ki, bu barədə "Akorda" məlumat yayıb.
Qasım-Jomart Tokayev hesab edir ki, ABŞ prezidenti güclü siyasi iradə və xalqlar arasında sülh və harmoniya bərqərar etmək üçün səmimi istəyi tam şəkildə nümayiş etdirib.
Xatırladaq ki, İsrail və Fələstin qüvvələri arasında Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-da yerli vaxtla günorta qüvvəyə minib.
QAZİLER.AZ