İki israilli deputat Trampın çıxışını kəsməyə cəhd edib və onlar zaldan çıxarılıblar.
İki israilli parlament üzvü Trampın Knessetdəki (İsrail parlamenti) çıxışını kəsməyə cəhd edib və deputatlar parlamentdən çıxarılıb.
Qaziler.az bildirir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Amerika liderinin çıxışı zamanı "Hadaş Taal" partiyasının sədri Ayman Uda Trampıın ünvanına irad bildirərək qışqırıb və Fələstinin müstəqilliyinin tanınmasına çağıran lövhə qaldırıb. Daha sonra o, Knessetin iclasından kənarlaşdırılıb.
Parlament üzvü Ofer Kassif də Fələstin tərəfdarı işarəsi olaraq plakat qaldırmağa çalışsa da, o da palatanı tərk etmək məcburiyyətində qalıb.
"Çox təsirli oldu", - Ağ Ev rəhbəri iki deputata qarşı tədbir görüldükdən sonra qeyd edib.
QAZİLER.AZ