ABŞ Suriyada birtərəfli əməliyyatlar keçirmək üçün xüsusi təyinatlı qüvvələrini İraqda yerləşdirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.
“İŞİD-ə daha çox təzyiq göstərmək məqsədilə biz xüsusi təyinatlı qüvvələrimizi yerləşdirməyə başlamışıq”, deyə o dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, bu addımlar İŞİD liderlərini məhv etmək üçün atılır.
“Bu qüvvələr müəyyən müddətdən sonra Suriyada birtərəfli əməliyyatlar keçirməyə başlayacaq”, deyə Karter qeyd edib. O əlavə edib ki, İraq ərazisində keçiriləcək reydlərin hamısı yerli hökumətlə razılaşdırılacaq.