Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampa ölkənin ən yüksək dövlət mükafatı olan "Nil" ordeninin verilməsinə qərar verib.
Qaziler.az izvestiya-ya istinadən bildirir ki, bu barədə oktyabrın 13-də əs-Sisinin sözçüsü Əhməd Fəhmi məlumat verib.
“Prezident Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampa "Nil" ordeni təqdim etmək qərarına gəlib”, - o, bunu özünün Facebook səhifəsində yazıb.
O qeyd edib ki, orden Trampın Fələstin-İsrail münaqişəsinin həllinə verdiyi töhfəyə görə verilib.
QAZİLER.AZ