Livan İranın yardımından imtina edib

Livan İranın yardımından imtina edib backend

Livan hökuməti İranın 60 milyon dollarlıq yardım təklifindən imtina edib.

"Report" xəbər verir ki, məlumatı "Ettelaat.com" yayıb.

İranın Livandakı səfiri Müctəba Əmaninin sözlərinə görə, rəsmi Beyrut bu addımı İslam Respublikasına tətbiq edilən sanksiyalardan çəkindikləri üçün atdığını bildirib.

Səfir Livan hökumətinin mövqeyini tənqid edərək deyib ki, ABŞ bu ölkəyə vəd etdiyi yardımı üç ildir yerinə yetirmir: "İranın təklif etdiyi yardım isə Livanın iqtisadi və sosial böhran şəraitində yaşayan əhalisinin bir sıra problemlərinin həllinə kömək edə bilərdi".