ABŞ qoşunlarını İsrailə göndərməyə başlayıb

ABŞ qoşunlarını İsrailə göndərməyə başlayıb backend

ABŞ İsrailə hərbi personal göndərməyə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə CNN Pentaqondakı anonim mənbəyə istinadən məlumat yayıb.

Qoşunlar Qəzza zolağında atəşkəs razılaşmasına əməl olunmasına nəzarət edəcək koordinasiya mərkəzinin işində iştirak edəcəklər.

Telekanalın məlumatına görə, Amerika hərbçilərinin ümumi sayı təxminən 200 nəfər olacaq. Onlar sazişin humanitar və logistika aspektlərinə nəzarət edəcək, yardımların çatdırılmasını asanlaşdıracaq və təhlükəsizliyi təmin edəcəklər.

Bundan əlavə, qoşunlar anklavda mülki administrasiyanın yaradılmasına nəzarət edəcəklər. Onların bəziləri artıq regiondakı digər bazalardan gəlib və həftənin sonuna kimi tam yerləşdiriləcəyi gözlənilir.

“Bu, bir neçə gün, bəlkə də həftələr çəkəcək. Proses bir gecədə baş verməyəcək”, - ABŞ rəsmisi bildirib.

QAZİLER.AZ