ABŞ-da zavodda güclü partlayış olub, ölənlər var

ABŞ-da zavodda güclü partlayış olub, ölənlər var backend

Tennessi ştatında “Accurate Energetic Systems” partlayıcı zavodunda güclü partlayış baş verib.

Qaziler.az bildirir ki, bu haqda ABC məlumat dərc edib.

Hamfris dairəsinin şerifi Kris Davisin sözlərinə görə, insident nəticəsində bir neçə nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.

“Banksnort bölgəsindəki “Accurate Energy Systems” zavodunda partlayış baş verdiyini təsdiqləyə bilərik”, - Hamfris dairəsinin şerif ofisi açıqlama verib.

Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerində işləyir, lakin təkrar partlayışlar səbəbindən xilasedicilər genişmiqyaslı əməliyyatlara başlaya bilmir. Zavodun binası demək olar ki, tamamilə dağılıb. Partlayışın səbəbləri araşdırılır.

“Accurate Energetic Systems” 1980-ci ildə yaradılıb. O, müdafiə, aerokosmik və kommersiya sənayesi üçün partlayıcı maddələr istehsal edir.

QAZİLER.AZ