ABŞ prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanı Qəzza zolağında dünya liderləri ilə sammit keçirməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
“Prezident Tramp Misirə səfəri zamanı Qəzza ilə bağlı dünya liderlərinin zirvə toplantısını keçirməyi planlaşdırır”, - deyə mənbə yazıb.
Mənbənin məlumatına görə, sammiti Misir prezidenti Əbdülfəttah əs-Sisi təşkil edir. Misir lideri artıq bir neçə ərəb və Avropa liderləri ilə əlaqə saxlayıb. ABŞ rəsmisinin sözlərinə görə, sammitdə İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı gözlənilmir.
QAZİLER.AZ