Qəzza qətnaməsinin ikinci mərhələsi çətin olacaq - İsrailin BMT-dəki səfiri

Qəzza qətnaməsinin ikinci mərhələsi çətin olacaq - İsrailin BMT-dəki səfiri backend

İsrailin BMT-dəki səfiri Denni Danon Qəzza zolağının demilitarizasiyası zərurətinə görə Qəzza qətnaməsinin ikinci mərhələsinin birincidən daha çətin olacağını bəyan edib.

Qaziler.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"HƏMAS silahlarını yerə qoymalıdır. Qəzza silahsızlaşdırılmalıdır. Bu, çox çətindir. Bu, daha çox vaxt aparacaq və biz detallara diqqət yetirəcəyik", - o bildirib.

Oktyabrın 3-də HƏMAS ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına uyğun olaraq əsir götürülmüş israilliləri azad etməyə hazır olduğunu bəyan edib. Bundan əlavə, hərəkat anklavın idarəçiliyini Fələstinə verməyə razılaşıb.

QAZİLER.AZ