Danimarka Trampın təhdidlərindən sonra yeni gəmi və təyyarələr alacaq

Danimarka Trampın təhdidlərindən sonra yeni gəmi və təyyarələr alacaq backend

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə hədələməsi fonunda Danimarka hakimiyyəti yeni gəmi və təyyarələrin alınmasına 8,5 milyard dollar ayırmaq niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

“İnvestisiyalar prezident Trampın Qrenlandiyanı ələ keçirmək təhlükəsinin qarşısını almağa yönəlib”, - məqalədə qeyd edilib.

Danimarka rəsmilərinin sözlərinə görə, ölkənin Arktikada mövcudluğunun gücləndirilməsinə, o cümlədən iki gəmi, bir neçə patrul təyyarəsi və pilotsuz təyyarələrin alınması və ya icarəyə verilməsinə təxminən 4 milyard dollar xərclənməsi planlaşdırılır. Qalan vəsait ABŞ-dan 16 ədəd “F-35” qırıcısının alınmasına sərf olunacaq.

QAZİLER.AZ