İspaniya Trampın onu NATO-dan çıxarmaq çağırışına cavab verib

İspaniya Trampın onu NATO-dan çıxarmaq çağırışına cavab verib backend

İspaniya hökuməti ABŞ prezidenti Donald Trampın onu Şimali Atlantika Alyansından çıxarmaq çağırışından sonra “maksimum sakitliyi” qoruyur.

Qaziler.az bildirir ki, bu barədə İspaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən "Europa Press" (EP) agentliyi məlumat yayıb.

“İspaniya NATO-nun tamhüquqlu üzvüdür və onun prinsiplərinə sadiqdir”, - adının açıqlanmasını istəməyən yüksək rütbəli ispan məmur agentliyə bildirib.

Agentliyin həmsöhbəti onu da vurğulayıb ki, İspaniya da ABŞ kimi alyans çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.

QAZİLER.AZ