Keçmiş gözəllik kraliçası 358 kiloqram narkotiklə tutulub və həbsxanadan yayınıb

Keçmiş gözəllik kraliçası 358 kiloqram narkotiklə tutulub və həbsxanadan yayınıb backend

Argentinada Boliviyadan olan keçmiş gözəllik kraliçası narkotik qaçaqmalçılığı ilə yaxalanıb.

Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, həbsxanadan yayına bilib.

Ceyd İzabella Kallau Barriqa adlı 22 yaşlı qadın braziliyalı sevgilisi Leonardo Monte Alto Qusmanın idarə etdiyi kiçik təyyarə ilə Argentinaya uçub. Onlar əkin sahəsinə düşərək yerli sakinləri qorxudub vəonlar  polisə müraciət ediblər.

Təyyarədə axtarış aparılıb. İçərisində 358 kiloqram narkotik maddə tapılıb, onun dəyəri 12,1 milyon funt sterlinq təşkil edir.

İstintaq zamanı məlum olub ki, Qusman tanınmış narkotik alverçisidir. O, əvvəllər Braziliyada narkotik ticarəti ilə məşğul olub, lakin sonradan Boliviyaya qaçmağa məcbur qalıb.

O, Barriqadan 30 yaş böyükdür.

Məhkəmə bunu nəzərə alaraq qıza 3 il sınaq müddəti və cərimə cəzası kəsib. 2019-cu ildə o, Boliviyanın iki bələdiyyəsində keçirilən gözəllik müsabiqələrinin qalibi olub. Barriqanın "El Nono" kimi tanınan güclü narkobaronun qardaşı qızı olduğu da qeyd edilir.

QAZİLER.AZ