Vuçiç fon der Leyenin səfəri ilə əlaqədar Moskvaya gələ bilməyəcəyini bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya Enerji Həftəsinə dəvət aldığını, lakin gedə bilməyəcəyini deyib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Serbiya prezidenti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin səfəri səbəbindən Moskvaya gedə bilməyəcəyini açıqlayıb.
Bu barədə o, YouTube-da yayımlanan xalqa müraciətində bildirib.
"Mən Moskvaya Rusiya Enerji Həftəsi üçün dəvət aldım, lakin bu, mümkün deyil, çünki fon der Leyen bura gələcək. 14, 15 və 16 oktyabr - Rusiyadakı tədbir də eyni tarixlərdə olacaq", - Serbiya lideri gileylənib.
QAZİLER.AZ