Tenerife otelinin qonağı otağında baş verən yanğından xilas olmağa çalışarkən ölüb.
İspaniyanın Tenerife kurortunda otelin qonağı otağında baş verən yanğından xilas olmağa çalışarkən dünyasını dəyişib.
Qaziler.az bildirir ki, hadisə çərşənbə günü, oktyabrın 8-də Puerto-de-la-Kruz liman şəhərindəki dördulduzlu 2Melia Kosta" otelində baş verib.
Nəşrin istinad etdiyi yerli KİV-in məlumatına görə, 23 yaşlı gəncin otağında döşək yanıb və alov tezliklə bütün otağı bürüyüb.
Alovdan xilas olmağa çalışan turist 3-cü mərtəbənin eyvanından atılaraq ölümcül xəsarətlər alıb. Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis gəlib və təxminən 490 otel qonağı təxliyə edilib.
Yanğın tezliklə söndürülüb. Təxliyə edilən turistlərdən heç biri xəsarət almayıb və onların hamısının öz otaqlarına qayıtmasına icazə verilib.
QAZİLER.AZ