Tramp: Qəzzada müharibəyə son qoyduq
ABŞ prezidenti Donald Tramp israilli girovların bazar ertəsi və ya çərşənbə axşamı, oktyabrın 13-ü və ya 14-ü azad ediləcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 8-də “The New York Times” məlumat yayıb.
"Hazırda girovların azad edilməsi üçün mümkün olan hər şey edilir", - Amerika lideri "Fox News" telekanalının efirində deyib.
O əlavə edib ki, hazırda “Sülh Şurası” adlanan qurum yaradılır və bu, ciddi təsir göstərəcək.
“Düşünürəm ki, siz Qəzzanın yenidən qurulduğunu görəcəksiniz”, - deyə Tramp yekunlaşdırıb.
QAZİLER.AZ