İsrail tankları fələstinli qaçqınların Qəzzaya doğru hərəkət etdiyi yola xəbərdarlıq atəşi açıb.
Qaziler.az bu barədə “Əl-Cəzirə”yə istinadla xəbər verir.
Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanan sazişin birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.
Sülh planının birinci mərhələsinə görə, HƏMAS 72 saat ərzində girovları İsrailə təhvil verməyə borcludur. Bunun müqabilində İsrail 24 saat ərzində anklavdan qismən çıxmağa başlayacaq və 2000 fələstinli məhbusu azad edəcək.
QAZİLER.AZ