Avropa ölkələri İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağında sülhməramlı qüvvələr məsələsini müzakirə edəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
“Avropa ölkələri Qəzza zolağında sülhməramlı qüvvələr məsələsini Parisdə müzakirə edəcəklər”, - məlumatda deyilir.
Həmçinin hesabatda qeyd olunub ki, Avropanın aparıcı dövlətlərinin xarici işlər nazirləri Qəzza zolağının müharibədən sonrakı bərpasına töhfələrini müzakirə etmək üçün cümə axşamı günorta Parisdə görüşəcəklər.
Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanan sazişlərin birinci mərhələsinə əsasən, hər iki tərəf bütün girovları azad edəcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.
QAZİLER.AZ