Avropanın ABŞ prezidenti Donald Trampa qarşı “gizli” silahı Aİ-nin Amerikaya məxsus mal və xidmətləri bazardan çıxarmaq siyasəti ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
"Avropa Komissiyası Amerikaya məxsus mal və xidmətləri Avropa bazarından xaric edə və ya onlara tariflər tətbiq edə bilər. O, onları (amerikalıları) əqli mülkiyyət hüquqlarından məhrum edə, sərmayələri bloklaya və Avropa bazarına qayıtmaq üçün bir şərt kimi zərərin ödənilməsini tələb edə bilər", - qəzet yazır.
Məqalədə bildirilir ki, bu alət sadəcə olaraq “iqtisadi qisas” deyil, “siyasi iradə bəyannaməsi”dir. Qəzet yazır ki, bu, Avropanın “heç vaxt xaricdən zorakılığa dözməyəcəyini” aydınlaşdırmaq üçün hazırlanıb.
QAZİLER.AZ