Alman hərbi tarixçi Zenke Neytzel Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmanın yaxın gələcəkdə baş verə biləcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
"Rusiya ilə NATO qoşunları arasında növbəti üç il ərzində hərbi toqquşma baş verə bilər. Və mümkündür ki, bizim qoşunlar Litvada döyüşməli olacaq. Gələn il, bir il sonra, üç ildən sonra - kim bilir? Amma təhlükə var", - Neytzel bildirib.
Onun sözlərinə görə, Almaniya üçün sülh dövrü başa çatıb, lakin ölkə müharibə vəziyyətində deyil. Tarixçi iddia edib ki, Almaniya hazırda "orta" vəziyyətdədir.
Ekspert həmçinin Berlini PUA əleyhinə müdafiə sistemlərinə daha çox sərmayə qoymağa çağırıb.
QAZİLER.AZ