Çelentano rus dilində mahnı oxuya bilər - FOTO

Çelentano rus dilində mahnı oxuya bilər - FOTO backend

Məşhur rusiyalı şairə Larisa Rubalskaya məşhur italyan müğənnisi Adriano Çelentanonun onun yaradıcılığına maraq göstərdiyini paylaşıb. Verdiyi açıqlamasını arxiv fotosu ilə yayıb.

Qaziler.az xəbər verir ki, sözügdən paylaşım Larisa Rubalskayanın “Telegram” kanalında edilib. Onun sözlərinə görə, 87 yaşlı musiqiçi mahnını rus dilində ifa edə bilər.

“Çelentano mənim şeirlərim əsasında mahnılar oxumaq istəyir. Yaxşı, qoy oxusun", - deyə şairə qeyd edib.

Rubalskayanın bir çox pərəstişkarı bu açıqlamadan çox sevinib. Ancaq bəziləri Çelentanonun yaşına və uzun müddətdir İtaliyada çıxış etməməsinə işarə edərək, şübhələrini ifadə ediblər. Qeyd edilib ki, şairə Alsu, Filipp Kirkorov, Mixail Boyarski kimi rus ulduzları üçün çoxlu hitlər yazıb.

QAZİLER.AZ