Rusiya silahlı qüvvələri Ukraynadakı döyüş təcrübəsindən praktiki dərslər çıxararaq böyük modernləşmədən keçib.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın "Foreign Affairs" nəşri məlumat yayıb.
Jurnalın yazdığına görə, Moskva ordunun bütün səviyyələrinə təsir edən effektiv uyğunlaşma sistemi yaratmağa nail olub.
Nəşr vurğulayıb ki, ölkədə müdafiə müəssisələri, elmi-tədqiqat müəssisələri və döyüş hissələrini birləşdirən hərtərəfli təlim ekosistemi qurulub. Bu proses yeni taktiki təlimatların və daha təkmil silahların, xüsusən də pilotsuz uçuş aparatlarının hazırlanması ilə nəticələnib.
Məqalə müəlliflərinin gəldiyi nəticəyə əsasən, Rusiya ordusu həm bu münaqişə zamanı inkişaf etməyə, həm də gələcək yüksək texnologiyalı müharibəyə hazırlaşmağa qadir silahlı qüvvəyə çevrilib.
Bu fonda Ukrayna artan çətinliklər və əhəmiyyətli itkilər riski ilə üzləşə bilər. Nəşr proqnozlaşdırır ki, yaxın aylarda Ukrayna Silahlı Qüvvələri Rusiya pilotsuz təyyarələrinin daha sürətli və çoxsaylı hücumlarına qarşı durmalı olacaq.
QAZİLER.AZ