Fransada Makronun reytinqi 14 faizə düşüb

Fransada Makronun reytinqi 14 faizə düşüb backend

Fransada siyasi böhran dərinləşdikcə, Prezident Emmanuel Makronun reytinqi rekord səviyyəyə – 14 faizə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Elabe”nin “Les Echos” üçün keçirdiyi sorğuda bildirilib.

Sorğuya görə, bu, bir ayda üç faiz bənd azalma deməkdir.

Bu fonda ifrat sağçı Milli Ralli partiyası güclənir. “Toluna Harris Interactive” sorğusu göstərib ki, fransızların 35 faizi 2027-ci prezident

seçkilərində partiyanın namizədinə səs verməyə hazırdır.

Oktyabrın 6-da Makron Baş nazir Sebastian Lekörnünün istefasını qəbul edib. Prezidentin parlamentdə çoxluğu olmadığından, hökumət müxalifətin dəstəyinə möhtacdır.