Qəzza zolağında atəşkəs danışıqlarında vasitəçilik edən Misir nümayəndələri HAMAS-a silahlarını təhvil vermək əvəzinə, onların istifadəsini müvəqqəti dayandırmağı təklif edib.
APA xəbər verir ki, bu barədə Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan məlumat verib.
“HƏMAS-ın tərksilah olunması məsələsində ciddi çətinliklər yarana bilər. Buna görə də Misir tərəfi Qəzzada silah tətbiqinin dayandırılmasını təklif edib. Hərəkat bu təşəbbüsə müsbət reaksiya verib”, - o deyib.
O, həmçinin tərəflərin hazırda İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasının və orada saxlanılan girovların azad edilməsinin necə əlaqələndiriləcəyini müzakirə etdiklərini deyib.