Britaniyalı fəallar uşaqların oyadığı “raqatka” oyununun istifadəsini qadağan etməklə bağlı çağırış ediblər.
Qaziler.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, məşhurlaşan bu oyun yeniyetmələr arasında populyarlaşıb, nəticədə insanların və heyvanların xəsarət almasına səbəb olur.
Kent qraflığı polisinin məlumatına görə, hüquq-mühafizə orqanları hər gün uşaq raqatkalarının istifadəsi ilə bağlı təxminən 14 şikayət alır. Bundan əlavə, son beş ildə oyuncaq 7200-dən çox hesabatda qeyd olunub, - KİV-in məlumatında qeyd olunub.
QAZİLER.AZ