Finlandiyada doğum xəstəxanaları və qocalar evləri bağlanır

Finlandiyada doğum xəstəxanaları və qocalar evləri bağlanır backend

Mərkəzi Finlandiya bölgəsinin səlahiyyətliləri dörd stasionar xəstəxananı, dörd doğum xəstəxanasını, yeddi sosial rifah mərkəzini, altı stomatoloji klinikanı və beş qocalar evini bağlayacaqlar.

Qaziler.az bildirir ki, bu barədə “Yle” xəbər verir. Rəhbərlik buna səbəb kimi ağır maliyyə vəziyyətini göstərir. Region gələn il 58 milyon avro (5,5 milyard rubl) qənaət etməyi planlaşdırır.

Bildirilib ki, bu tədbirlər yaxın illərdə təxminən 400 iş yerinin itirilməsinə səbəb olacaq. Bəzi tibbi-sosial xidmət müəssisələri də xidmətlərini azaldacaq. Əvəzində ucqar ərazilərdə tibbi xidmət səyyar xidmətlər vasitəsilə həyata keçiriləcək.

QAZİLER.AZ