"Polşanın Baş naziri Donald Tuskun "Şimal axını 2" ilə bağlı şərhləri şokedicidir və enerji obyektlərinə qarşı təxribat aktlarına faktiki haqq qazandırır".
Qaziler.az xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” sosial media platformasında bildirib.
Macarıstanlı siyasətçi həmkarının mövqeyini kəskin şəkildə pisləyib və belə bir məntiqin Avropa təhlükəsizliyi üçün təhlükəli presedent yaratdığını vurğulayıb.
"Tuskun sözlərinə görə, qaz kəmərinin partladılması məqbuldur. Bu, şok edicidir, çünki başqa nəyin partladılması hələ də bağışlana bilən və hətta təqdirəlayiq sayıla bilər", - Siyarto deyib.
Siyarto əlavə edib ki, Avropanın terrorçuları qoruyan liderlərə ehtiyacı yoxdur. Tuskun problemin “Şimal axını 2”nin bombalanmasında deyil, əslində onun tikilməsində olduğunu iddia etdiyi paylaşımı bu reaksiyaya səbəb olub. Eyni zamanda, Polşa təxribatda iştirakda şübhəli bilinərək saxlanılan Ukrayna vətəndaşını ekstradisiya etməkdən imtina edib.
QAZİLER.AZ