Braziliyalı bloqer və stilist Cunior Dutra “tülkü gözləri” adlı məşhur kosmetik prosedurdan sonra dünyasını dəyişib.
Qaziler.az xəbər verir ki, bu barədə “People” nəşri yazıb.
Məlumatda qeyd olunub ki, bloqer xanım prosedurdan sonra yaranmış fəsadların öhdəsindən gələ bilməyib.
Mart ayında Dutra cərrah Fernando Qarbi tərəfindən əməliyyat olunub. Sentyabr ayında isə o, infeksiya da daxil olmaqla yaranmış bəzi fəsadlar barədə məlumat verib.
Oktyabr ayında Cunior Dutra özünü pis hiss etməyə və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. O, təcili olaraq xəstəxanaya yerləşdirilib və bundan sonra evə qayıtmayıb. Xəstəxanaya yerləşdirilməzdən əvvəl Dutra onun əməliyyatını həyata keçirən cərrahın hərəkətlərinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Qarbinin vəkili həkimə qarşı irəli sürülən ittihamları rədd edir.
QAZİLER.AZ