Madrid metrosunun xətlərindən birində qatarların hərəkəti dayandırılıb. 2007-ci ildə istifadəyə verilmiş bu xəttin keçdiyi ərazidə yüzlərlə binada çatların əmələ gəldiyi bildirilir.
Mütəxəssislər hesab edirlər ki, yeraltı sular torpaq qatlarını yuyaraq aşınmaya səbəb olur. Metro tunellərinin çəkilməsi bu prosesi sürətləndirib və təhlükəli vəziyyət yaradıb.Eyni xətdə bundan əvvəl də bu problem olub. 2011-ci və 2014-cü illərdə bu metro xətti 3 aylıq müddətə bağlanıb və fəsadlar aradan qaldırılıb. Məsələ ilə bağlı İspaniya Sosialist Partiyası hökumətdən bu xəttin tikintisi və təmirinə xərclənmiş maliyyə vəsaiti ilə bağlı yoxlamanın aparılmasını tələb edib.