Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.
Bu barədə "NetBlocks" internet monitorinq xidməti bildirib.
"Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələri bir neçə provayder tərəfindən məhdudlaşdırılıb. Hadisə ötən həftə internetin kəsilməsindən sonra baş verib", - məlumatda qeyd olunub.
Daha əvvəl "NetBlocks" talibanların əxlaqı qorumaq üçün gördüyü tədbirlər fonunda Əfqanıstanda internetin tam kəsilməsi barədə məlumat vermişdi.
İnternetin bərpası haqqında məlumat hakim "Taliban" hərəkatının ümummilli qadağa qoyulmasını təkzib etməsindən və kəsintiyə köhnəlmiş infrastrukturun səbəb olduğunu bildirməsindən bir neçə saat sonra yayılıb.
Report.az