Rusiyanın Altay Respublikasında 4,9 bal gücündə zəlzələ baş verib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Altay Respublikasının Koş-Ağaç rayonunda zəlzələ baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi öz Telegram kanalında zəlzələnin 4,9 bal gücündə olduğunu bildirib.
Yeraltı təkanlar oktyabrın 8-i çərşənbə günü yerli vaxtla saat 18:20-də Starı Beltir kəndindən beş kilometr şərqdə qeydə alınıb. Yaxınlıqda daha yeddi kənd var: Qoş-Ağaç, Ortolıq, Küray, Tobelər, Telengit-Sortoqoy və Çağan-Uzun.
Yerli sakinlər yeraltı təkanları hiss ediblər. Zəlzələ zamanı xəsarət alan olmayıb, dağıntılar da qeydə alınmayıb.
QAZİLER.AZ