Almaniyada bir sıra şübhəli insidentlərdən sonra federal polisə tezliklə təhdid yaradan dronları vurmaq və ələ keçirmək səlahiyyəti veriləcək. Hökumət qanun layihəsi hazırlayır.
Qaziler.az bildirir ki, "The Guardian"ın verdiyi məlumata görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib.
Müvafiq qanun layihəsini təqdim edən Dobrindt qeyd edib ki, polisə "dronların yaratdığı təhlükələrə qarşı ən qabaqcıl texniki tədbirləri görməyə" səlahiyyət verəcək.
"Bu o deməkdir ki, dronların tutulması və vurulması gələcəkdə Federal Polis üçün tənzimlənəcək və mümkün olacaq", - nazir bildirib.
Onun sözlərinə görə, Almaniya müttəfiqləri olan İsrail və Ukraynanın müasir əks-PUA texnologiyalarını öyrənir.
QAZİLER.AZ