Nobel aldığını bir gün sonra öyrəndi

Nobel aldığını bir gün sonra öyrəndi backend

Nobel Komitəsi bu il fiziologiya və tibb üzrə mükafata layiq görülən amerikalı alim Fred Ramsdell ilə yalnız bir gün sonra əlaqə saxlaya bilib.

Modern az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Ramsdell həyat yoldaşı ilə birlikdə telefonsuz təbiət yürüşündə olduğu üçün onunla uzun müddət əlaqə kəsilmişdi.

Komitənin baş katibi Tomas Perlman bildirib ki, alimlə yalnız cütlüyün otelə qayıdışı zamanı əlaqə mümkün olub:

“Onlar otelə qayıdanda avtomobil xarab olmuşdu. Həyat yoldaşı telefonu açanda birdən çox mesaj gördü. Onlar hələ də təbiət qoynunda idilər, ətrafda ayılar vardı. O, həyat yoldaşının qışqırdığını eşidəndə çox qorxdu, lakin sevinc göz yaşlarına qərq oldu, çünki Nobel mükafatı almışdı.”

Ramsdellin özü də mükafat xəbərinə tamamilə təəccübləndiyini və son dərəcə xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, bu il fiziologiya və tibb üzrə Nobel mükafatı Fred Ramsdell, Ceffri Bluston və Şimon Sakaquçiyə immun tənzimlənməsi mexanizmləri sahəsindəki tədqiqatlarına görə təqdim olunub.