Latviya Rusiya və Belarusa avtobuslarla gediş-gəlişə qadağa qoyub: SƏBƏB

Latviya Rusiya və Belarusa avtobuslarla gediş-gəlişə qadağa qoyub: SƏBƏB backend

Noyabrın 1-dən Latviya Rusiya və Belarusa müntəzəm sərnişin avtobuslarının hərəkətini qadağan edəcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Latviyanın dövlət televiziyasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, bunlar gəzinti avtobuslarıdır. Dövlət Sərhəd Xidmətinə həmin tarixdən etibarən “Paternieki”, “Qrebneva” və “Terexovo” buraxılış məntəqələrində belə avtomobillərin sərhəddən keçirilməsini qadağan etmək tapşırılıb.

Qeyd edək ki, qadağa formal olaraq yalnız 2026-cı ilin oktyabr ayının sonuna qədər qüvvədədir. Bununla belə, Nəqliyyat və Rabitə Nazirliyi Rusiya və Belarusa planlı reyslərə qadağa qoymağı da nəzərdən keçirir.

Qadağa hüquqi şəxsin və ya nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ölkədən asılı olmayaraq bütün daşıyıcılara şamil edilir.

Bu qərar regionda mövcud geosiyasi vəziyyətlə əlaqədar qəbul edilib.

QAZİLER.AZ