Rusiya Suriyada ikinci hərbi hava bazası tikir

Rusiya Suriyada ikinci hərbi hava bazası tikir backend

Rusiya Suriyada ikinci hərbi hava bazası tikir. APA TV-nin Böyük Britaniyanın "Times" qəzetinə istinadən məlumatına görə, yeni bazanın tikintisi üçün Hums şəhəri yaxınlığında yerləşən bazaya hərbi personal və avadanlıq göndərilib.

Əl-Şayrat bazasının Rusiyanın istifadəsinə verildiyini yazan qəzet qeyd edir ki, "əl-Şayrat əvvəldən Rusiyanın hücum helikopterlərinin endiyi yerdir. Ancaq təxminən bir ay öncə hərbi hava bazasına gələn yeni hərbi personal daha geniş miqyaslı bazanın tikilməsinə başlayıb".

Yerli mənbələrə görə, hazırda əl-Şayratda 50-60 Rusiya hərbçisi var. Əsgərlər üçün mənzillər hazırlanıb. Ancaq Hums yaxın olduğu üçün bəzi hərbçilər burda qalır. Bildiyimiz qədəri ilə bazada 10-15 təyyarə var.

Yeni hərbi hava bazasının tikilməsi ilə Rusiyanın Suriyadakı təyyarə sayını iki dəfə artıracağı, bazaya aralarında xüsusi təyinatlıların da olduğu toplam 1000 hərbçinin gətiriləcəyi qeyd olunur.

Əl-Şayrat bazasında 45 təyyarə anqarının olduğu, anqarların bombardmanlara qarşı davamlılığı ilə seçildiyi bildirilir.


Diaspora